Bakı-Sumqayıt yolu buz bağladı

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda uzun maşın karvanını xatırladan böyük tıxac yaranıb. SİA-ya hadisə yerində olan müxbirin verdiyi məlumata görə, tıxaca səbəb anomal hava şəraiti ilə əlaqədar yolun hərəkət hissəsinin buz bağlamasıdır. Yollara qum, duz səpilmədiyindən avtomobillərin hərəkəti daha da çətinləşib. Bu arada qeyd edək ki, axşam saatlarında ölkədə havanın temperatutunun kəskin aşağı düşəcəyi, qar yağacağı, covğun olacağı və yolların buz bağlayacağı barədə xəbərdarlıq edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə