Gürcüstanda Avropa Şurası ilə Avropa İttifaqının birgə \"Şərq Tərəfdaşlığına Dəstək Proqramı\" çərçivəsində tədbir təşkil edəcək. SİA_nın xəbərinə görə, tədbirdə Azərbaycandan millət vəkilləri Qənirə Paşayeva və Sahibə Qafarova iştirak edəcək.
Tədbirdə \"Seçkilərdə və siyasi partiyalarda qadınların iştirakı\", \"İş və ailə həyatının uzlaşdırılması\", \"Media sahəsində gender balansı\" və digər mövzular ətrafında müzakirələr aparılacaq. Mövzuları Gürcüstan parlamenti ilə Mərkəzi Seçki Komissiyası rəhbərliyi, həmçinin Avropa Şurası ilə Avropa İttifaqının bu ölkədəki nümayəndəliklərinin təmsilçiləri təqdim edəcəklər. Fikir mübadiləsinin yekununda hər üç mövzu istiqamətində fəaliyyət proqramları hazırlanacaq.
Fevralın 9-da başa çatacaq tədbirdə azərbaycanlı deputatlar müzakirələrdə yaxından iştirak edərək Azərbaycanın müvafiq təcrübəsini bölüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB