Pakistanda partlayış: 10 ölü

Bu gün səhər saatlarında Pakistanın Lahor şəhərində dərman fabriklərinin birində baş vermiş partlayışda ölənlərin sayı 10 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, partlayışın güclü təsirindən binanın dağıntıları altından 10 nəfərin cəsədi tapılıb. Daha 13 adam isə yaralı olaraq xilas edilib. Axtarış-xilasetmə qrupların hadisədə ən azı 50 nəfərin olduğunu bildirib. Ölənlərin sayının artacağı isə istisna edilməyib. Fabrik sahibinin verdiyi məlumata görə, 17-si qadın olmaqla ümumilikdə fabrikdə 62 nəfər çalışır.


Bütün xəbərlər Facebook səhifəmizdə