Elmar Məmmədyarov İndoneziyanın Azərbaycana təyin olunmuş ilk səfirini qəbul edib

Elmar Məmmədyarov İndoneziyanın Azərbaycana təyin olunmuş ilk səfirini qəbul edib

Nazir Elmar Məmmədyarov İndoneziyanın Azərbaycana təyin olunmuş ilk səfiri Prayono Atiyantonu qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı İndoneziya Səfiri etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Azərbaycanla İndoneziya arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Görüş zamanı iki ölkə arasında BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə