Egemen Bağış: \"Əgər ermənilərin deportasiyası \"soyqırımı\" kimi təsdiqlənsə, üzr istəyəcəyik\"

Egemen Bağış: \"Əgər ermənilərin deportasiyası \"soyqırımı\" kimi təsdiqlənsə, üzr istəyəcəyik\"

\"Əgər 1915-ci ildə ermənilərin Anadoludan deportasiyası tarixi və elmi cəhətdən \"soyqırımı\" olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək\". SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin dövlət naziri Egemen Bağış \"Al Jazeera\" kanalına müsahibəsində deyib.


Onun sözlərinə görə, bu hadisələrin soyqırımı olub-olmamasını sübut etmək üçün ilk növbədə onları obyektiv olaraq tədqiq etmək lazımdır. E.Bağış bildirib ki, erməni hakimiyyəti öz arxivlərini açmaqdan imtina edirsə, deməli öz tarixləri ilə üzləşmək üçün kifayət qədər cəsur deyillər.


O, Türkiyə tərəfinin Ermənistana hər iki tərəfin arxiv sənədləri açaraq, tarixçilərdən ivarət birgə komissiya yaratmaq barədə təklifinə ermənilərin rədd cavabı verdiyini xatırladıb: \"Təəssüf ki, erməni hakimiyyətinin bu təklifi qəbul etməyə cəsarəti çatmır\".

Bütün xəbərlər Facebook səhifəmizdə