Xarici İşlər Nazirliyi Suriyadakı vəziyyətlə bağlı xəbərdarlıq etdi

Xarici İşlər Nazirliyi Suriyadakı vəziyyətlə bağlı xəbərdarlıq etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Suriyadakı vəziyyətin kəskinləşməsi ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlıları növbəti dəfə xüsusilə ehtiyatlı olmağa çağırıb. XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev SİA-ya bildirib ki, nazirlik Azərbaycan vətəndaşlarından ehtiyatlı olmalarını və Dəməşqdəki Azərbaycan səfirliyi ilə əlaqə saxlamalarını qətiyyətlə xahiş edir.

O, qeyd edib ki, hazırda Suriyada 40-50 Azərbaycan vətəndaşı var: "Hazırda Xarici İşlər Nazirliyi Suriydakı Azərbaycan səfirliyi ilə daimi əlaqə saxlayır və diplomatik nümayəndəliyin təhlükəsizliyinə yüksək diqqət yetirilir",- deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə