Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin SİA-ya verdiyi məlumata görə, bu gün gündüz saatlarında 0-2 dərəcə şaxta qeydə alınacaq. Axşama doğru şaxtalı hava şəraiti davam edəcək, havanın temperaturu 5 dərəcə şaxta təşkil edəcək.
Fevralın 4-də də gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək.
Azərbaycanın rayonlarında da fevralın 4-də əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə, gündüz 0-5 dərəcə şaxta gözlənilir.
\"Fevralın 2-də müşahidə olunan şaxtalı hava şəraiti artıq geridə qaldı. Bu kimi hava şəraiti yaxın 3 gün ərzində gözlənilmir. Sadəcə şaxtalı hava isə hələ bir neçə gün də müşahidə olunacaq\",- deyə Asif Verdiyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB