Eldar İbrahimov: "Pakistan Senatının Xocalı soyqırımı haqqında qərar qəbul etməsi bu ölkənin ədalətli mövqeyinin ifadəsidir" - MÖVQE

Eldar İbrahimov: "Pakistan Senatının Xocalı soyqırımı haqqında qərar qəbul etməsi bu ölkənin ədalətli mövqeyinin ifadəsidir" - MÖVQE

"Pakistan Senatının Xocalı soyqırımı haqqında qərar qəbul etməsi bu ölkənin ədalətli mövqeyinin ifadəsidir". SİA-nın verdiyi məlumata görə, bu fikri Milli Məclisin komitə sədri, Azərbaycan–Pakistan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov YAP-ın rəsmi saytına verdiyi açıqlamasında deyib.

E.İbrahimov bildirib ki, Azərbaycan və Pakistan starteji münasibətdə olan dövlətlərdir. Pakistanın dövlət müstəqilliymizi tanıyan ilk ölkələr sırasında olduğunu xatırladan millət vəkili Azərbaycan deputatlarının bu ölkənin parlamentində olduqları və tərəflər arasında dostluq münasibətlərinin inkişaf etdiyini deyib.

Komitə sədri qeyd edib ki, gələcəkdə də belə səfərlərin olacağı gözlənilir: "Münasibətlərimiz uğurla inkişaf edir. Pakistan həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyini müdafiə edib. Bu ölkənin Senatı tərəfindən Xocalı soqırımnın tanınması məhz bu münasibətlərin məntiqi nəticəsidir. Hesab edirəm ki, Pakistan münaqişənin həllində daim öz dəstəyini Azərbaycana verəcək", - deyə E.İbrahimov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə