Azərbaycanın ABŞ-dakı səfiri Cons Hopkins Universitetində çıxış edib
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda Cons Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutunun dəvəti ilə həmin Məktəbdə çıxış edib.
Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, institutun direktoru Frederik Starrın aparıcılıq etdiyi tədbirdə səfir, əsasən, müstəqilliyinin bərpasından keçən 20 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, regionda və beynəlxalq aləmdə mövqelərinin güclənməsindən, regional miqyaslı layihələrin gerçəkləşməsində Azərbaycanın oynadığı həlledici roldan, bölgədəki hazırkı geosiyasi durumdan və Azərbaycan-ABŞ münasibətlərinin inkişaf dinamikasından bəhs edib. Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışan diplomat Azərbaycan torpaqlarının işğalına son qoyulmasının və iki dövlət arasında davamlı sülhün tezliklə əldə olunmasının bütün bölgənin inkişafı üçün həyati önəm daşıdığını qeyd edib və bu səpkidə Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın münaqişənin həllində daha fəal olacağına ümid bəslədiyini bildirib. Münaqişənin mövcudluğuna baxmayaraq Azərbaycanda çoxlu sayda erməni mənşəli insanların yaşadığını bildirən Səfir müxtəlif dinə və etnik kimliyə malik insanların ölkəmizdə dinc şəkildə birgə yaşadıqlarını, Azərbaycanın bu mənada bir çox dövlətlər üçün müsbət örnək olduğunu diqqətə çatdırıb. Çıxışdan sonra Elin Süleymanov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə universitetin müəllim və tələbələri, ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və digər dövlət qurumlarının əməkdaşları, Vaşinqtonda fəaliyyət göstərən bir sıra nüfuzlu beyin mərkəzlərinin tədqiqatçıları, xarici diplomatlar, iş adamları, müxtəlif QHT və KİV təmsilçiləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB