Kəskin hava şəraiti aeroportun işinə təsir göstərib

Kəskin hava şəraiti aeroportun işinə təsir göstərib

Hava şəraiti ilə əlaqədar Bakı Beynəlxalq Aeroportundan təyyarələrin uçuşu müvəqqəti olaraq təxirə salınıb. AZAL-ın mətbuat katibi Məhərrəm Səfərli SİA-ya açıqlamasında bildirib ki, Bakı-Praqa, Bakı-Moskva, Bakı-Aberdin üzrə reyslər artıq hazırlanıb, sərnişinlər təyyarələrdədirlər və görmə şəraiti imkan verən kimi uçuşlar həyata keçiriləcək.

Bununla belə, Bakıda bir reysi artıq qəbul ediblər. O qeyd edib ki, Tehran-Bakı reysi ilə gələn təyyarə saat 09:03-də Bakıya çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə