DİQQƏT: Yol polisi xəbərdarlıq edir

DİQQƏT: Yol polisi xəbərdarlıq edir
Azərbaycan yol polisi sürücüləri şaxtalı havada diqqətli olmağa çağırır.Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev temperaturun aşağı düşməsi nəticəsində yolların buz bağlaması ilə əhaliyə xəbərdarlıq edib.İdarə yolların buz bağlayacağını nəzərə alaraq axşam və səhər saatlarında yola çıxarkən son dərəcə diqqətli olmağa çağırıb.İdarə şaxtalı havalarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərə bu günlərdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələrini tövsiyyə edir.Əliyev buzlu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini məsləhət görür.

Bütün xəbərlər Facebook səhifəmizdə