Bakı Sumqayıt yolu bağlandı
gBakı-Sumqayıt yolu bağlanıb. Paytaxtdan Sumqayıt istiqamətinə gedən yollarda hərəkət dayanıb. Buna səbəb yolların buz bağlamasıdır.Yolların buz bağlaması səbəbindən Bakı-Sumqayıt magistralında böyük tıxac yaranıb. Yolun bəzi hissələrində avtomobil qəzaları baş verib. Tıxac Saray qəsəbəsi ərazisində yerləşən Yol Polisi Postundan o yana uzanır. Yola qum və duz qarışığı səpilməyib.Məlumata görə, Bakı-Quba istiqamətində də yolun hərəkəti dayanıb. Paytaxta gələn və paytaxtdan əyalətlərə gedən avtomobillərin hərəkəti donub. Maşınlarda olan vətəndaşlar artıq bir neçə saatdır ki, yolun açılmasını gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə