Gəncənin yeni  planı təqdim olunub

Gəncənin yeni planı təqdim olunub

Gəncə şəhərinin yeni planı təqdim olunub. Yeni layihəyə əsasən şəhərin ümumi ərazisi 8 min 500 ha-dan təxminən 17 min ha-dək artırılacaq. SİA-nın xəbərinə görə, ərazi ilkin mərhələdə 470 min şəhər sakini üçün nəzərdə tutulub. Əhalinin artımı nəzərə alınaraq əlavə torpaq sahələri də ehtiyatda saxlanılır. Azərbaycan Dövlət Memarlıq Komitəsi tərəfindən hazırlanan layihədə şəhəri əsasən hündür mərtəbəli binalar təşkil edəcək. Məhəllələrə isə təxminən 15-20 % yer ayrılıb. Eyni zamanda şəhərin sənaye müəssisələri Gəncənin şimal hissəsinə salınacaq. Küçə və əsas avtomobil yollarının genişləndirilməsi nəzərdə tutulur. Gəncənin giriş və çıxış hissələri isə 4 istiqamət üzrə planlaşdırılıb. Bununla yanaşı Gəncəçayının məcrasının əsaslı şəkildə yenidən qurulması, bulvarın salınması da tədbirlər planına daxildir. Tədbirdə böyük marağa səbəb olan şəhərin yeni görkəmi ilə bağlı fikir mübadiləsi davam edib. Sonda layihə qəbul olunub və təsdiqlənməsi üçün aidiyyatı orqanlara göndərilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə