YAP Gənclər Təşkilatı 2 fevral gənclər günü ilə bağlı Ağdamda tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatı Ağdamda tədbir keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, 2 fevral Gənclər Günü münasibətilə rayonda keçirilən mərasimdə partiya sıralarına qəbul olunan yerli gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim edilib.
Gənclər Günü münasibətilə Ağdamda keçirilən tədbirdə yerli gənclərlə bərabər qonşu rayonlar Bərdə, Tərtər, Ağcəbədidən gələn gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər. Tədbirdə bildirilib ki, indi ölkənin ayrı-ayrı bölgələrində yaşayan gənclərin aktivlik göstəriciləri paytaxt və iri şəhərlərin gəncləri ilə müqayisədə heç də az deyil: \"Bu gün Azərbaycan gəncləri idman, incəsənət və başqa bu kimi sahələrdə böyük uğurlar əldə edib. Müharibə şəraitində yaşan dövlətin gəncləri hər an torpaqlarımızın azadlığı uğrunda başlayacaq savaşa hazıdır\".
Tədbirdə əldə olunan nailiyyətləri misal göstərən təşkilat sədri gəncləri həm də başqa sahələrə maraq göstərməyə səsləyib. Tədbirdə eyni zamanda qeyd olunub ki, bu gün bizim gəncliyimiz həm də, elm sahəsində, elmi-tədqiqat işlərində aktivliklərini bir az da artırmalıdır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB