Fransa Senatının sədr müavini: “Tarixə qiymət verilməsi Fransa Parlamentinin işi deyil”
Fransa Senatının sədr müavini Jan Klod Karl hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin məktubuna cavab verib. YAP Gənclər Birliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, J. K. Karl cavab məktubunda bildirib: "Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərə qarşı qanun layihəsini yersiz və lazımsız sayıram. Qanunla tanınmış soyqırımların inkarının cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini üç səbəbə görə yersiz və lazımsız hesab edirəm. Birinci, tarixə qiymət verilməsi Fransa Parlamentinin işi deyil: bu tarixçilərdən ibarət bir missiyanın işidir və mən hesab edirəm ki, beynəlxalq səviyyədə olan tarixçilər qrupunun olması məqsədəuyğun olardı. İkincisi, hal-hazırda, bizdə mövcud olan qanunvericilik və konstitusional baza neqasionistləri cəzalandırmağa imkan verir. Nəhayət, Fransa parlamentinin təcili hərəkət etməli olduğu məsələlər yaddaş üçün qanunların qəbul edilməsi deyil".
Qeyd edək ki, YAP Gənclər Birliyinin üzvləri Fransa Senatına və hər bir senatora müraciət ünvanlayıblar. Həmin müraciətdə məqsəd həm Fransa Milli Assambleyasının "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul edilməsinə etirazı bildirmək, həm də Fransa Senatını ölkənin parlamentinin aşağı palatasının səhvini və ədalətsizliyini təkrar etməməyə çağırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB