Cümşüd Nuriyev: “Sarkozi Türkiyədən yəhudilərin intiqamını alır” - MÜSAHİBƏ (SƏS TV)
Politoloq Cümşüd Nuriyevin SƏS TV-yə müsahibəsi:
- Fransa Senatının məlum qərarını Sarkozinin prezident seçkilərinə hesablanmış addımı kimi qəbul etmək olarmı? Yaxud söyləmək olarmı ki, Sarkozi öz xalqını ermənilərin ayağına verdi?
- Bu fikirdə ciddi müxalif məsələ yoxdur. Sarkozi özü fransız deyil. Yəhudi olduğuna görə, təbii ki, Fıransanı aşağlamaq istəyirdi və buna da nail oldu. Fransa bu günə qədər dünyanın ən gözəl mədəniyyətinə malik dövləti kimi gündəmə gəlib. Ancaq Sarkazi birdən-birə Fransanın bütün dəyərlərini ayaq altına atdı. Fransa seçkilər ərəfəsindədir, Sarkozinin də durumu çox gərgindir. Ərdoğanın bir il öncə Davosda İsrail prezidenti ilə üz-üzə gəlməsi məsələsinə görə, Sarkozi bir növ yahudilərin intiqamını almış oldu. Bu məsələdən sonra İsraillə Türkiyə münasibətləri kifayət qədər gərginləşib. Yəhudi olan Sarkozi İsrail dövlətinə Fransanı qurban verdi.
- Konstitusiya Şurasına Senatın qəbul etdiyi qanunun ləğvi üçün müraciəti 60 senator əvəzinə artıq 70-i imzalayıb. Sizcə, bundan sonra Sarkozi və Konstitusiya Şurası xalqa qarşı çıxacaqmı?
- Əslində 70 senatorla bərabər Aşağı Palatanın 60 deputatı da həmin müraciəti imzalayıb. Vaxtilə bunun əleyhinə olan, o cümlədən AŞPA-nın sədri Minion həmin müraciəti imzalayanlar arasında olsa da, səsini geri götürdü. AŞPA artıq bu qanunun Türk əsilli fransız vətəndaşına şamil edilməyəcəyinə dair qanun qəbul edib ki, bu da öz növbəsində qərarın Türkiyə üçün elə də ciddi əhəmiyyəti olmadığını göstərir. Təbii ki, bu bir presedentdir. Bundan sonra Fransa bütün dəyərlərindən məhrum ola bilər. Sarkozi özü də bilmədən yəhudilərlə müqayisədə ermənilərə üstünlük vermiş olur. Bir həftə ərzində Sarkozinin bu qanunu imzalamaq ehtimalı yüksəkdir. Konstitusiya Şurası yox desə, təbii ki, imzalaya bilməyəcək. Bu da Sarkozinin siyasi erasının sonu deməkdir. Onsuz da o prezident seçkilərində qalib gəlməyəcək. Fransanın tarixinə qara ləkə olan bu qanun qəbul edilsə də, edilməsə də artıq Sarkozi hakimiyyəti özünün son dövrünü yaşayır. Növbəti seçkilərdə Sarkozinin qalibiyyəti qeyri-mümkündür.
- Türkiyə tərəfi Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılması təklifi ilə çıxış edir. Bu, Dağlıq Qarabağ münaqişəsinin həllində ləngiməyə gətirib çıxara bilərmi?
- İlk olaraq qeyd edim ki, bunun hüquqi mexanizmi yoxdur. Bu sadəcə populist düşüncə tərzinin nəticələrindən doğan təkliflərdir. Bu məsələdə daha çox Azərbaycanın ittiham edilməsi heç doğru deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycanın özünün Dağlıq Qarabağ kimi ciddi problemi var. Türkiyə bu mövzudakı məsləhətini sanki bir tələb kimi irəli sürür ki, bu da sözün doğrusu incidicidir. Məncə, əvvəlcə türklər öz dillərində olan fransız sözlərini leksikonlarından çıxarmalıdırlar. Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri sırasından uzaqlaşdırılması cəhdi isə bir təklif kimi qalmalı və bu istiqamətdə hansısa addım atılmamalıdır. Çünki bu cür populist ideyalarla siyasi nailiyyət əldə etmək mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB