Pünhan Mürsəliyev: \"Paytaxt yollarının qardan təmizlənməsinə 150 texnika və 160-a yaxın işçi qüvvəsi cəlb edilib\"
Paytaxt yollarının qardan təmizlənməsinə 150 texnika və 160-a yaxın işçi qüvvəsi cəlb edilib. Bunu SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Qurum rəsmisinin sözlərinə görə, yanvarın 31-də hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlamasının qarşısının alınması, həmçinin respublikanın və eləcə də paytaxtın avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranmaması üçün lazımi tədbirlər bundan sonra da görüləcək. Hazırda ölkədə yolların təmizlənməsi üçün 700-dən artıq texnika cəlb edilib. Pünhan Mürsəliyevin sözlərinə görə, təmizləmə işləri daha çox ölkənin magistral yollarında, xüsusilə Bakı-Şamaxı-Ağsu, eləcədə ölkənin Şimal və Cənub rayonları istiqamətində aparılır. Bunun üçün Respublika üzrə 1800 ton duz, 25 min kubmetr qum ehtiyatı, Bakı şəhəri üzrə isə 1000 ton duz və 15 min kubmetrdən artıq qum ehtiyatı yığılaraq istifadəyə verilib. Eyni zamanda, növbətçilik cədvəli əsasında bölgələr də daxil olmaqla, yolların vəziyyəti barədə məlumatlar mütəmadi olaraq mərkəzi aparata göndərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB