Mais Səfərli: “Fransa prezidenti Senatın gəldiyi bu qərara veto qoymalıdır” - MÖVQE

Mais Səfərli: “Fransa prezidenti Senatın gəldiyi bu qərara veto qoymalıdır” - MÖVQE

Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli də Fransa Senatında uydurma "erməni soyqırım"ını tanımayanların cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbuluna münasibət bildirib. SİA-nın verdiyi məlumata görə partiya sədri bu məsələ ilə bağlı partiyanın öz bəyanatının hazırlandığını və Fransa dövlətinin möqeyinin pislənildiyini deyib: "Fransanın qəbul etdiyi bu qərar tək parlamentarizm qaydalarına deyil eyni zamanda demokratiyanı boğan bir qərardır. Hesab edirəm ki, Fransa prezidenti Senatın gəldiyi bu qərara veto qoymalıdır və onu təsdiqləməməlidir. Əks təqdirdə Fransa dövləti öz imicini itirəcək".


Partiya sədri deyib ki, Azərbaycan dövləti Fransaya qarşı kifayət qədər öz etirazını bildirib: "Fransanın öz ictimaiyyəti və bir çox partiyalar bu qərarın əleyhinədir. Məsələ ilə bağlı Azərbaycanla Türkiyə razılaşdırılmış bir formada birgə addımlar atmalıdır".


Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə