Tahir Kərimli: “Heç bir dövlət Azərbaycan qədər Türkiyənin yanında olmayıb” - MÜNASİBƏT

Tahir Kərimli: “Heç bir dövlət Azərbaycan qədər Türkiyənin yanında olmayıb” - MÜNASİBƏT

Fransa Senatında uydurma "erməni soyqırım"ını tanımayanların cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu Vəhdət Partiyasını da hərəkətə gətirib. Partiyanın sədri Tahir Kərimli bildirib ki, partiya olaraq Fransa Senatının məlum qərarı ilə bağlı 8 səhifədən ibarət müraciət qəbul olunub: "Hazırlanmış bu müraciətlər şəxsən Fransa səfirinə və Türkiyənin Azərbaycandakı səfirinə təqdim olunub. Bununla belə Azərbaycan mətbuatında, Kütləvi İnformasiya vasitələrində (KİV) etiraz xarakterli bəyanatlar qəbul olunub".

T.Kərimli sözlərinə əlavə edib ki, heç bir dövlət Azərbaycan qədər Türkiyənin yanında olmayıb: "Düşünürəm ki, bu məsələ ilə bağlı Türkiyə ilə Azərbaycan rəhbərliyi arasında yeni bir yol xətti cızılmalıdır. İlk addım kimi isə Fransa Senatında "Xocalı soyqırım"ı məsələsi qaldırılmalıdır. Türkiyə dövləti özü də birmənalı şəkildə dərk edir ki, Fransa böyük bir dövlətdir".


Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə