Bu gün Türkiyənin gündəmini zəbt edən məsələyə son qoyula bilər. SİA-nın verdiyi məlumata görə, Fransa Konstitusiya Şurası Senatın erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqda qərarına baxacaq.
Qeyd edək ki, yanvarın 23-də Fransa Senatının \"erməni soyqırımı\"nı inkar edənlərin cinayət məsliyyətinə cəlb edilməsi barədə qanun layihəsinə \"hə\" deyib. Bu, təkcə Türkiyədə yox, bütün dünyada şok effekti yaradıb. Bəlkə də fransızların özləri belə senatorların antidemoktatik qərara imza atacaqlarını gözləmirdilər. Amma fransız xalqı üçün bu faciə baş verdi.
Senatın bu qərarını ona görə faciə adlandırırıq ki, özlərini demokratik xalq, Fransanı isə insan haqlarına, fikir və söz azadlığına ən çox sayqı göstərən bir dövlət olduğunu deyən fransızlar 47 senatorun fitvası ilə imiclərini, nüfuzlarını iki qəpiyə satdılar. Bir xatırlatma da yerinə düşər ki, fransızların öyündüyü Fransanın uzun illər müstəmləkəsi olan, müasir dünyadan bixəbər, cəngəllikdə yaşayan tayfalarda belə qərarlar indiyədək verilməyib. Əgər verilibsə, deməli böyük, güclü, demokratik Fransa tayfa qanunlarına söykənərək bu addımı atıb. Eşq olsun! Yəqin layihə müəllifi olan 47 senatorun ələ aldığı 126 Senat üzvü tayfa qanunlarını özləri üçün örnək hesab ediblər, deməli \"fransız əhli həqiqətən kef eliyir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB