Millət vəkili: “İlk növbədə fransız xalqı bu qanunun qəbuluna etiraz etməlidir”

Millət vəkili: “İlk növbədə fransız xalqı bu qanunun qəbuluna etiraz etməlidir”

Fransa Senatında uydurma "erməni soyqırım"ını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulundan sonra Böyük Qurtuluş Partiyası (BQP) öz siyasi mövqeyini hazırladığı bəyanatında açıqlayıb. Bəyanatda Fransa Senatının qəbul etdiyi bu qərarın dunyəvi dəyələrə zidd olduğu bildirilib. Bunu SİA-ya açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, Millət vəkili Fazil Mustafa deyib: "Biz Fransa və Avropa Şurası Parlament Asambleyasındakı (AŞPA) çıxışlarımızda bu məsələyə toxunmuşuq. Bununla belə mətbuatda, Kütləvi İnformasiya vasitələrində (KİV) mütəmadi olaraq bu məsələ ilə bağlı münasibət bildirilib".


Partiya sədrinin fikrincə, Fransaya qarşı ilk addım fransalı həmsədrin ATƏT-in Minsk qrupu vasitəçiliyindən kənarlaşdırılması olmalıdır: " İkinci, Fransa Senatında qəbul olunan qanuna oxşar yeni bir qanun formasının hazırlanmasıdır. Üçüncü məsələ isə Fransada yerləşən demokratik institutların bu ölkədən çıxarılaraq, başqa bir ölkədə fəaliyyətini bərpa etdirilməsidir. Belə ki, YUNESKO-nun, AŞPA, Avropa İttifaqının (Aİ) mənzil qərargahları, müəyyən dəlil və sübutları bu ölkədən kənarlaşdırılmalıdır. Sonrakı mərhələlərdə isə Fransaya qarşı iqtisadi addımlar atılmalıdır"-deyə o bildirib.


Millət vəkili, professor Musa Qasımlı isə Fransa Senatının atdığı bu addımın yanlış olduğunu və tarixi problemlərlə ancaq tarixçilərin məşğul olmasını dedi: "Tarixi siyasiləşdirmək olmaz. Fransa Senatında bir qrup deputatın gəldiyi bu qərar Fransa xalqının öz üzərinə atılan ləkədir. Bu qərarın qəbul olunması insan düşüncəsi üzərinə qadağa qoyur, Fransanı orta əsrlərə, yəni inkivizisiya dövrünə aparır. İlk növbədə buna qarşı fransız xalqı özü etiraz etməlidir. Fransa Konistitusiya məhkəməsi belə bir biabırçılığın, rüsvayçılığın Fransa xalqının üzərində qalmasına imkan verməməli və onu ləğv etməlidir".


M.Qasımlı hesab edir ki, məsələnin bu həddə gəlib çatmasında təqsirkar olanlardan biri də bizlərə qardaş olan məhz Türkiyə dövlətidir. Belə ki, Türkiyə uzun illərdən bəri "Erməni kiçik bir şey, bizə heç nə edə bilməz", "Biz tarixdə etmədiyimiz bir hərəkəti heç kəs bizim boynumuza qoya bilməz\" deyir"- deyə, o bildirib.


Onun sözlərinə görə, Azərbaycanın mövqeyi bu məsələdə qəti və aydın olub: "Azərbyacan iqtidarı və müxalifəti birlikdə hərəkət edərək öz etirazını bildirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN), Qeyri-Hökumət təşkilatlarının (QHT), Həmkərlar İttifaqları Konfederasiyasının (HİK), mətbuatın, siyasi təşkilatların mövqeyi təqdirəlayiq hal kimi qiymətləndirilir. Hesab edirəm ki, Fransanın doğru yolda olması üçün bu cür aksiyalar davam etdirilməlidir. Bundan sonra heç bir Fransız azadlıqdan, bərabərlikdən, haqq və ədalətdən danışa bilməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə