Kəmaləddin Heydərov Tatarıstanda səfərdə olub

Kəmaləddin Heydərov Tatarıstanda səfərdə olub
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndə heyəti yanvarın 27-29-da Rusiya Federasiyasının Tatarıstan Respublikasında rəsmi səfərdə olub. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nazir K. Heydərov Tatarıstanın prezidenti Rustam Minnixanovla, baş nazir İldar Xalikov, fövqəladə hallar naziri Rafis Xabibullin və digər vəzifəli şəxslərlə görüşüb.

Görüşlərdə hər iki ölkənin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən razılıq ifadə edilib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Səfər çərçivəsində, habelə Tatarıstanın bir sıra müəssisələrinə, o cümlədən Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan qurumlara baş çəkilib, onların fəaliyyəti ilə yaxından tanışlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə