Azad Rəhimov nazirliyin gələcək planlarını açıqlayıb

Azad Rəhimov nazirliyin gələcək planlarını açıqlayıb

"Azərbaycanda gənclərin idmanla məşğul olmaları üçün hər bir şərait var. İndi ölkə ərazisində 33 olimpiya kompleksi istifadəyə verilib, növbəti iki ildə isə daha 11 kompleksin açılması gözlənilir\". SİA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, bu ilin əsas idman hadisələri Londonda keçiriləcək Yay Olimpiya Oyunları, Azərbaycanda 17 yaşlı qadınlar arasında dünya çempionatı, Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyini qazanmasına nail olmaqdır.

Nazir qeyd edib ki, Azərbaycanda idmanın kütləviliyi təmin olunub. Təkcə cüdo idman növü üzrə müvafiq seksiyalara 800-dən çox gənc yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə