Hillari Klinton: “Biz əsla Fransanın yolu ilə getməyəcəyik”

Hillari Klinton: “Biz əsla Fransanın yolu ilə getməyəcəyik”

"İnsanlar ABŞ-da istədikləri hər şeyi deyə bilərlər". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri ABŞ-ın dövlət katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə görüşdə Fransa senatının qondarma "erməni soyqırımını" inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun barədə sualını cavablandırdığı zaman deyib: "Bizim ən güclü tərəfərimizdən biri də ifadələrdə cinayət tərkibi axtarmamağımızdır. "Soyqırım" iddiaları siyasi yox, tarixi mövzudur və bizim ölkəmiz əsla Fransanın yolu ilə getməyəcək. Fransa da daxil olmaqla digər ölkələrin fərqli standartları və tarixləri ola bilər. Amma biz ifadənin cinayət sayılacağı bir yolla getməyəcəyik. Hesab edirəm ki, bu mövzunun siyasilikdən daha çox tarixi olduğunu qeyd etmək daha ədalətli olar ki, həqiqət də budur. Məncə ABŞ hökumətinin mövqeyi belə olmalıdır".

ABŞ dövlət katibi həmçinin Frnasa Türkiyə arasında yaşanan gərginliyə də toxunub. O, tərəfləri dialoqa çağırıb: "Hər iki tərəfə öz fikirlərini söyləməyə imkan vermək lazımdır və biz tərəfləri bunu etməyə çağırırıq. Sübut toplayın, iddialarınızı ortaya qoyun və dialoqa da həvəsli olun. Hesab edirəm ki, bu məsələ belə olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə