Prezident İlham Əliyev “Deutsche Bank”ının icraçı direktoru ilə görüşüb
Bu gün Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın "Deutsche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils və idarə heyətinin üzvü Yürgen Figen ilə görüşü olub. SİA-nın azertag.com saytına istinadən verdiyi xəbərə görə, görüşdə regionun aparıcı ölkəsi olan Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin önəmi vurğulanıb, respublikamız ilə Almaniyanın "Deutsche Bank"ı arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyəti qeyd olunub.
Həmçinin, görüşdə Azərbaycanla "Deutsche Bank" arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB