ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FTB) "Facebook", "Twitter" və s. sosial şəbəkələrə daimi nəzarət təşkil etməyi planlaşdırır. Lakin bürodan məlumatların hansı məqsədlə toplanılması və onlardan nə üçün istifadə edilməsi barədə ətraflı informasiya bildirməkdən imtina ediblər. SİA-nın verdiyi məlumata görə, dərc edilmiş sənəd ilk növbədə şirkətlərə ünvanlanıb. Onlar federal büroya nəzarət alətlərini təşkil etməyə və hazırlamağa kömək edəcəklər. Sənəddə sosial şəbəkə səhifələrində dərc edilmiş yalnız açıq informasiyanın toplanılacağı və təhlil ediləcəyi qeyd edilib. FTB agentləri məlumatları operativ surətdə əldə edəcək və "təhlükəli hadisə hazırlanır, hər hansı hadisə baş verdi və ya mümkün təhlükələr mövcuddur\" kimi hallarda dərhal reaksiya verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB