Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşüb
Yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşü olub. SİA-nın məlumatına görə, Azərbaycanın Dünya İqtisadi Forumunda iştirakının və ildən-ilə artan fəallığının əhəmiyyətinin qeyd edildiyi görüşdə son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində gedən inkişafla bağlı fikir mübadiləsi aparılıb. Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab qeyd edib ki, Azərbaycanın bu inkişafı dünyanın və Avropanın bir sıra nüfuzlu və böyük şirkətlərinin ölkəmizə marağını daha da artırır. Görüşdə gələcəkdə yeni layihələr üzərində işləməyin əhəmiyyətini vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB