Gənclər Fransada qəbul olunan qanuna etiraz əlaməti olaraq aksiya keçirib

Gənclər Fransada qəbul olunan qanuna etiraz əlaməti olaraq aksiya keçirib
Bu gün "İslahatçı Gənclər" İctimai Birliyi Fransa Senatı tərəfindən qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbuluna etiraz əlaməti olaraq aksiya keçirib. SİA-nın xəbərinə görə, aksiya zamanı gənclər Fransanın qərarına etiraz ediblər. 50-dən artıq gənc əvvəlcə Türkiyənin Azərbaycandakı səfirliyinin önünə toplaşaraq qardaş ölkə ilə həmrəylik nümayiş etdirib. "Bir millət, iki dövlət!", "Azərbaycan-Türkiyə!", "Fransa, türklərdən əlini çək!" şüarlarının səsləndiyi aksiyada Azərbaycan-Türkiyə bayrağı dalğalanıb.
Sonra gənclər Fransanın Azərbaycandakı səfirliyinə gələrək burada aksiyanın qətnaməsini oxuyublar. Qətnaməni oxuyan "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib ki, Fransa indiyədək demokratiya, insan hüquqları və söz azadlığı kimi dəyərlərin imitasiyası ilə məşğul olub: "Türkiyə ilə Azərbaycan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinə malikdir. Bu mənada biz gənclər hesab edirik ki, Fransa Senatının son qərarı təkcə Türkiyəyə deyil, həm də Azərbaycana qarşı yönəlib".

Bütün xəbərlər Facebook səhifəmizdə