Davosda Azərbaycan və İsveçrə prezidentlərinin görüşü keçirilib

Davosda Azərbaycan və İsveçrə prezidentlərinin görüşü keçirilib

Bu gün Davosda Azərbaycan prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti Eveline Vidmer Şlümfün görüşü olub. SİA-nın verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub və bu münasibətlərin daha da genişləndirilməsinin zəruriliyi qeyd edilib.


Azərbaycan ilə İsveçrə arasında enerji, ekologiya və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə