YAP-ın sədr müavini Əli Əhmədov Konrad Adenauer Fondunun proqram rəhbərini qəbul edib
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Almaniya Federativ Respublikasının Konrad Adenauer Fondunun Cənubi Qafqazda siyasi dialoq üzrə Proqram rəhbəri Canan Atılqanı partiyanın mənzil qərargahında qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Konrad Adenauer Fondu ilə Yeni Azərbaycan Partiyası arasında qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları həmcinin, həyata keçiriləcək birgə layihələri müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB