Davos Forumu başlayır

Bu gün İsveçrənin dağ xizəyi üzrə kurort şəhəri məşhur Davos-Kloster ənənəvi olaraq hər il keçirilən Ümumdünya İqtisadi Forumuna ev sahibliyi edəcək. SİA-nın məlumatına görə, 25-29 yanvar tarixlərində keçiriləcək forumda dünyadan 2,5 min nümayəndə, təxminən 40-a yaxın ölkə prezidenti, o cümlədən G20 ölkələrinin 19-nun dövlət başçısı və 40-a yaxın beynəlxalq təşkilat rəhbərləri iştirak edəcək. Bu ilki forumun adı "Böyük transformasiya: yeni modelin formalaşdırılması" olacaq və əsas mövzular dörd istiqamətdə müzakirə olunacaq: inkişaf və məşğulluq modelləri, liderlik və innovasiya modelləri, davamlılıq və resurslardan istifadə modelləri, sosial və texnoloji modellər. Davos-2012-nin gündəliyinə əsasən avrozonadakı problemlər daxil edilib. Bundan başqa ərəb ölkələrində baş verən hadisələrin nəticələrinin analizinə gündəlikdə kifayət qədər yer ayrılıb. Rəsmi olaraq forum Almaniya kansleri Anqela Merkelin çıxışı ilə açıq elan olunacaq. Xatırladaq ki, ötən il bu vəzifə Rusiya prezidenti Dmitri Medvedyevin üzərinə düşmüşdü.

Bundan başqa foruma Böyük Britaniyanın yeni baş naziri Devid Kameron və iki keçmiş baş nazirləri Qordon Braun və Toni Bleyr da təşrif buyuracaqlar. Həmçinin Avropa Mərkəzi Bankının rəhbəri qismində ilk dəfə olaraq Mario Draqi də foruma dəvət olunub. Postsovet ölkələrindən Azərbaycan, Ukrayna və Qazaxıstan prezidentləri İlham Əliyev, Viktor Yanukoviç və Nursultan Nazarbayev də forumda iştirak edəcəklər. Bundan başqa Meksika, CAR, Polşa və digər ölkələrin prezident və baş nazirləri də foruma gələcəklər.

Düyanın ən aparıcı beynəlxalq təşkilatları olan BMT (Pan Qi Mun), Ümumdünya Bankı (Robert Zellik), Beynəlxalq Valyuta Fondu (Kristin Laqard), Avropa Yenidənqurma və İnkişaf Bankı (Tomas Mirov), ÜTT (Paskal Lami), MAQATE (Yukia Amano), Beynəlxalq Olimpiya Komitəsi (Jak Roqqe) və başqalarının rəhbərləri də forumda iştirak edəcəklər.

Liderlərinin nadir hallarda foruma qoşulduğu ABŞ-ı burada bu il də maliyyə naziri Timoti Qaytner təmsil edəcək.


Dünya korporaiv elitasını Davos-2012-də Siemens, Vodafone, Dell, Unilever, Glencore, Renault - Nissan, Citigroup, JP Morgan, Goldman Sachs, Credit Suisse, UBS, HSBC, Barclays, BP, Shell, Chevron, Total, Unilever, Alcoa, ArcelorMittal, Nestle, Rio Tinto, BAT, Lufthansa və digər aparıcı bank və şirkət rəhbərliyi təmsil edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev forumda iştirak etmək üçün bu gün İsveçrəyə yola düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə