Prezident İlham Əliyevin sərəncamları ilə Gəncəyə 5 milyon, Goranboya isə 2 milyon manat ayrılıb

Prezident İlham Əliyevin sərəncamları ilə Gəncəyə 5 milyon, Goranboya isə 2 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.


Prezident İlham Əliyev, həmçinin, Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Goranboy Rayon İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə