Bakıda və Abşeron yarımadasında zəlzələ episentri yoxdur

Bakıda və Abşeron yarımadasında zəlzələ episentri yoxdur

Bakı və Abşeron yarmadasında zəlzələ episentrlərinin hamısı Xəzər dənizindədir. Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin SİA-ya verdiyi məlumata görə, Bakıda yalnız Xəzərdəki zəlzələ ocaqlarından təsir dairələri var: \"Bakıda yalnız geoloji quruluşundan, qrunt sularının səviyyəsindən, layların yatımından asılı olaraq, Xəzərdə baş verən zəlzələlərin müxtəlif dərəcəli təkanları hiss oluna bilər.


Ümumilikdə isə Bakının dəniz kənarı əraziləri zəlzələyə qarşı daha həssas hesab edilir. Bu, həmin ərazilərin gilli-qumlu olması ilə izah edilir. Məsələn Sabunçu, Yasamal rayonları və digər sahələrdə əhəng daşı əsas süxur növünü təşkil etdiyindən, orada seysmik dayanıqlıq dənizkənarı ərazilərə nisbətən bir bal artıqdır. Eyni zəlzələ dənizkənarı ərazidə 8 bal gücündə hiss edirlərsə, orada 7 bal gücündə hiss olunacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə