Teymur Quliyev: “İnsanı alçaldan hər əməl və münasibəti İslam dini qadağan edib” - MÜNASİBƏT

Teymur Quliyev: “İnsanı alçaldan hər əməl və münasibəti İslam dini qadağan edib” - MÜNASİBƏT

Politoloq Rizvan Hüseynov və dinşünas Teymur Quliyevun SəsTv-yə müsahibəsi



- May ayında Bakıda keçiriləcək "Avroviziya" musiqi yarışmasından öncə avropalıların Azərbaycanın milli adət-ənənələrinə zidd, "mavi" deyilən bir qrupun parad keçirməsi planlaşdırılır. Deyəsən, dindarlar buna etiraz edirlər. Bu etirazın forması nədən ibarətdir?


Teymur Quliyev: - Əvvəla, etirazın formasından çox onun məzmununu anlamaq daha vacibdir. Bir tədbirdən, hadisədən razılıq da, etiraz da təbii qarşılanmalıdır və cəmiyyətin formalaşmasına bir köməkdir. Formalara gəldikdə isə bunlar müxtəlifdir. Dünyada nə cür etiraz varsa Azərbaycan vətəndaşı da, dindarı da bu çərçivədə öz narazılığını bildirməlidir. Burada mən dövlətimizin yox, açıq-aşkar beynəlxalq qüvvələrin təzyiqini görürəm. Qarşımıza bir dilema çıxır. Bu il bir tərəfdə möhtəşəm tədbir keçiriləcək, digər bir yerdə isə dediyiniz \"parad\" keçiriləcək, bir sözlə xoşagəlməz hadisələr baş verəcək. Bu parada mən "əxlaqsızların şənliyi" deyərdim. Bu əxlaqsızlar dünyasının əzələ nümayişidir. Bu əzələ nümayişini də qədim ənənələrə sahib olan Azərbaycanda nümayiş etdirmək istəyirlər ki, onlar da buna müvafiq ola bilməyəcəklər. Mən əminəm ki, ölkənin aparıcı nümayəndələri, sağlam düşüncəli, mənəvi praqmatizmə malik olan istedadlı və bacarıqlı şəxsləri buna imkan yaratmayacaqlar.



- Xoşagəlməyən aksiyalara sərt təpki göstərməyiniz, hətta onların paradını pozmaq cəhdləriniz, nəticə etibarilə ölkəmizdə "Avroviziya" ilə bağlı görülən işlərə kölgə salmır ki?

Rizvan Hüseynov: - Əvvəla qeyd edim ki, burada söhbət mənəvi meyarlardan gedir. Hər bir cəmiyyətə müxtəlif zamanlarda təsirlər olur. Bu təsirlər nəticəsində də sözsüz ki, cəmiyyətdə dəyişikliklər baş verir. Qərb cəmiyyətinin öz yolu olduğu kimi, hər bir kəs öz cəmiyyətində milli adət-ənənəsinə uyğun inkişaf edir və onu qorumağa çalışır. Biz milli mentalitetimizə uyğun olaraq elə seçim etməliyik ki, Qərb mədəniyyətində yaxşı nə varsa onları mənimsəyək. Əlbəttə ki, belə bir paradın keçirilməsi təqdirəlayiq deyil.



- Ümumiyyətlə, dində bu cür insanlara münasibət necədir?


Teymur Quliyev: - Bildiyimiz kimi cəmiyyətin əsas, ümdə göstəricilərindən biri onun əxlaqi-mənəvi yönüdür. Mövcud şəraitdə əxlaq və mənəviyyatın varlığı özünü müxtəlif təzahürlər şəklində göstərə bilir. Yaşadığımız cəmiyyət düyanın bir parçası olaraq surətlə bütün dəyərləri, o cümlədən əxlaqi, mədəni dəyərləri tərk etməkdədir. İtirilən və ya deformasiyaya uğrayan əxlaqi dəyərlərin başında cinsi əxlaq, yəni qadın-kişi münasibətlərini müəyyən bir hissəsi durur. İslam insan şəxsiyyətinin ucaldılmasıdır. Məhz insanın şərəfinə də yaraşan budur. İnsanı alçaldan hər əməl və münasibəti islam qadağan edib. İnsanı insan olmaqdan çıxardan, onun insanlıq vəsfini aradan qaldıran hər hərəkət İslam tərəfindən pislənir və qəbul edilmir.


- Məlumatlara görə, avropalı \"mavi\"lərin paradına buradakı həmkarları da dəstək verəcək. Onları bu cür əməldən çəkindirmək üçün hər hansı bir mexanizm varmı?


- Müzakirələrdə əksəriyyət bu cür hadisənin baş verməsinə müsbət baxmır və bunu yolverilməz sayır. Cəmiyyətin fəal nümayəndələri isə belə bir məlumatın yayılmasına xüsusilə qəzəblə yanaşır. Bir sıra siyasi dairələr isə bu məlumatı və onun arxasındakı prosesləri Azərbaycana qarşı təxribat kimi qiymətləndirirlər.

Qeyd edək ki, "gey-parad"lar bir sıra Avropa ölkələrində keçirilir. Lakin onlara qarşı ciddi müdaxilə və müqavimətlər də olub. 2005-ci ildə Polşanın paytaxtı Varşavada keçirilməsi nəzərdə tutulan "gey-parad"a mərhum prezident Lex Kaçinski qəti şəkildə etiraz edərək paradın keçirilməməsi göstərişini vermişdi. Onun bu qərarı Avropa Məhkəməsi tərəfindən 2007-ci ildə insan haqlarının pozulması kimi qiymətləndirilmişdi.

"Gey-parad"ın keçirilməsinə qadağa 2005-ci ildə Moskvada da qeydə alınıb. O dövrün meri Yuri Lujkov "gey-parad"ı qadağan edən qərar çıxarmışdı. Aksiyanı keçirməyə cəhd göstərən "gey"lərin qarşısına isə millətçi gənclər çıxmışdı. Bu hadisələr növbəti illərdə də təkrarlandı. 2009-cu ildə, "Eurovision" müsabiqəsi Moskvada keçirilərkən də "geylər"in paradına imkan verilməmişdi. 2010-cu ildə Avropa Məhkəməsi "gey-parad"ın Moskvada qadağan olunmasını qeyri-qanuni adlandırsa da Rusiya rəhbərliyinin 2011-ci ildə də qərarı dəyişmədi. Müqayisə yersiz olsa da qeyd edək ki, mövcud hakimiyyət artıq bir neçə ildir ki, ölkədə sərbəst toplaşmaq azadlığına riayət etmir. Bu səbəbdən onun mayda 2000 üzdənirağın Bakıda tərbiyəsiz və əxlaqdan kənar, Azərbaycan cəmiyyətinin ənənələrinə uyğun gəlməyən bir parada icazə verməsi mümkün görünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə