Politoloq: “Fransa prezidenti Nikolay Sarkozi təzyiqlərini davam etdirərsə, qanun layihəsinin qəbul olunması realdır”

Politoloq: “Fransa prezidenti Nikolay Sarkozi təzyiqlərini davam etdirərsə, qanun layihəsinin qəbul olunması realdır”

Fransa Senatında qondarma \"erməni soyqırımı\"nı tanımayanlara qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul olunması ehtimalı çox böyükdür. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildiririb: "Bu məsələ müzakirələrin necə keçiriləcəyindən asılıdır. Burada təkcə hakim partiya deyil, onu gündəmə gətirən solçular da Türkiyəni sevməyənlərdir. Belə ki, əsas aparıcı partiyalar mərkəzçi və sağçı partiyalardır. Türkiyəni sevənlərin və ona hörmət bəsləyənlərin burada səs verməsi çox lazımdır".


Politoloqun fikrincə, solçuların lideri bir tərəfdən erməniləri dəstəkləyir, digər tərəfdən isə deyir ki, bu məsələlər parlamentin məsələsi deyil: "Solçular bu məsələdə ikiüzlü siyasət yeridirlər. Fransaya qarşı Türkiyə ciddi qərarlar qəbul etməli idi. Fransa prezidenti Nikolay Sarkozi bu məsələdə təzyiqlərini davam etdirərsə, qanun layihəsinin qəbul olunması realdır",-deyə Cümşüd Nuriyev sözlərinə əlavə edib.


Qeyd edək ki, hazırda sənədin səsverməyə çıxarılmasının qarşısını almaq üçün Fransanın paytaxtı Parisdə və ölkənin digər şəhərlərində azərbaycanlı və türk diasporunun iştirakı ilə etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə