Sabah havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir

Sabah havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir

Bakı və Abşeron yarımadasında sabah havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Bunu SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq.

Yanvarın 25-də günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağıntılı olacağı, axşama doğru qar yağacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 24-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək.

Yanvarın 25-də bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 1-6 dərəcə şaxta gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti və meteoroloji amillərin əsasən normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə