Osman Gündüz: “Evrovision\" mahnı müsabiqəsi zamanı internetin verilməsində ciddi problemlər yaranacaq”
"Azərbaycanda internetin hazırkı problemləri \"Evrovision\" mahnı müsabiqəsi zamanı ciddi şəkildə qabara bilər". Bunu SİA-ya açıqlamasında Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda internet sahəsində ciddi problemlər var ki, bunlardan da başlıcası keyfiyyətin aşağı olmasıdır: \"Belə ki, bir sıra internet provayderləri tərəfindən əhaliyə verilən internetin sürətində edilən oğurluq halları keyfiyyətin aşağı düşməsinə gətirib çıxarır. Digər bir tərəfdən də internetin telefon xətləri vasitəsi ilə istifadə edilməsi də maneə yaradan səbəblərdən biridir. Çünki paytaxtın hazırki infrastrukturu telefon xətlərinin köhnə olması, eləcə də yeraltı xətlərdə baş verən nasazlıqlar bunu deməyə əsas verir. Bütün bunlar isə may ayında keçiriləcək \"Eurovision\" mahnı müsabiqəsi zamanı internetdən keyfiyyətli istifadəni şübhə altına salır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB