Bu gün 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Bakı Metropiteninin 20 Yanvar stansiyasında böyük hüzn yaşanıb. SİA-nın xəbərinə görə, stansiyanın platformasında günahsız insanların qətlə yetirilməsini əks etdirən fotolar, müxtəlif güllərdən ibarət kompozisiyalar yer alıb. Qanlı 20 Yanvar faciəsinin tarixi haqqında faktlara toxunan Bakı Metropoliteninin rəisi Tağı Əhmədov jurnalistlərə müsahibə verərək bildirdi ki, düz 22 il bundan öncə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. O, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq xalqımızın o müdhiş gecəni daimi xatırladığını, bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Bakı Metropolitenin bütün stansiyalarında hal-hazırda hüzn əlaməti olaraq mahnılar səsləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB