Vitse-spiker: “Bizim uydurma “erməni soyqırımı”na qarşı birgə mübarizəmiz öz bəhrəsini verməkdədir” - MÜNASİBƏT

Vitse-spiker: “Bizim uydurma “erməni soyqırımı”na qarşı birgə mübarizəmiz öz bəhrəsini verməkdədir” - MÜNASİBƏT

"Azərbaycan Türkiyənin yanındadır və bizim uydurma "erməni soyqırımı"na qarşı birgə mübarizəmiz öz bəhrəsini verməkdədir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədri müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Fransada bu təşəbbüsün qəbul edilməməsi üçün hələ şans var: "Fərqli düşünən, söz azadlığına və plüralizmə qarşı yönələn bu cür təşəbbüsü bəyənməyən insanların Fransa parlamentində sayı çoxalır. Son hadisə də bunu sübut edib".

B.Muradova vurğulayıb ki, Azərbaycan bu məsələdə Türkiyəni tam dəstəkləyir: "Azərbaycan tərəfi - həm rəsmi dairələr, həm də cəmiyyət bu məsələyə öz münasibətini açıqlayıb. Çox inanırıq ki, bu təşəbbüs nəticə etibarilə baş tutmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə