Türkiyənin baş naziri: “Niyə onlar azərbaycanlı alimlərin fikirlərini diqqətə almırlar?”
"Bizə doğma və qardaş olan Azərbaycan xalqı Vanda baş verən zəlzələdə ilk olaraq yanımızda olub", - deyən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, zəlzələnin nəticələrinin öhdəsindən gəlmək elə də asan məsələ deyil. "Onlar bizə çətin günlərdə ilk olaraq kömək ediblər. Mən bizim KİV-dən oxudum ki, Azərbaycan seysmoloqlarının müşahidələri Türkiyənin şimal-qərbində baş verən zəlzələni 12 saat əvvəldən proqnozlaşdırmağa imkan verib. Niyə bizim alimlər bunu diqqətə almayıblar? Niyə onlar azərbaycanlı alimlərin fikirlərini diqqətə almırlar?", - deyə baş nazir sualla çıxış edib.
Türkiyənin "Kanal D" kanalı azərbaycanlı seysmoloq alimlərin hazırda qonşu ölkələrdə – Gürcüstan, Ermənistan, İran, Türkmənistan və təbii ki, Türkiyədə kiçicik xırda təkanları proqnozlaşdırmağa imkan verən işi barədə reportaj hazırlayıb efirə verib. "Bunu Yerin ən dərin qatından əldə olunan seysmoakustik siqnalların analizi ilə əldə etmək mümkündür. Onları "Robust noise monitoring" akustik aparatının köməyi ilə alırlar. Azərbaycanlı alimlər yeraltı təkanların baş vermə vaxtını proqnozlaşdıra bilsələr də, onlar zəlzələnin baş verəcək episentrini deyə bilməyiblər", - deyə telekanal bildirib.
"Kanal D" vurğulayb ki, zəlzələnin baş verəcəyini 5 saat əvvəldən bilmək üçün qeyd olunan "Robust noise monitoring" sisteminin birini quraşdırmaq kifayət edir: "Bunu bizə azərbaycanlı alimlər məsləhət görüblər".
Ərdoğan artıq türk alimlərinə bu məsələ ilə məşğul olmalarını tapşırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB