Bahar Muradova: \"Danışıqların davam etməsi münaqişənin sülh yollu ilə həlli limitinin hələ tükənmədiyini göstərir\" - AÇIQLAMA
"Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun həmsədr ölkələrin fəallığı müsbət nəticə verə bilər". SİA-nın verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Yanvarın 23-də keçiriləcək prezidentlərin növbəti görüşü ilə bağlı fikir söyləyən vitse-spiker bildirib ki, danışıqların davam etməsi münaqişənin sülh yolu ilə həlli limitinin hələ tükənmədiyini göstərir.
\"Rusiya kimi Minsk qrupunun digər həmsədrlərinin də bu məsələdə fəal olmasını arzu etmək olar. Bu ümummi fəallıq məsələnin həllinə qarşı yönəlsə, mütləq öz müsbət nəticəsini verəcək\", - deyə Bahar Muradova qeyd edib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşü yanvarın 23-də Soçidə keçiriləcək.
Bu görüş RF Prezidentinin təşəbbüsü ilə təşkil olunan sayca onuncu görüş olacaq.
İlkin Nəcəfli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB