Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 19-da Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, eyni zamanda Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, həmçinin Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB