Novruz Məmmədov: “Soçi görüşü bundan sonrakı prosesin necə olacağını göstərəcək”

Novruz Məmmədov: “Soçi görüşü bundan sonrakı prosesin necə olacağını göstərəcək”

"Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərin yanvarın 23-də keçiriləcək Soçi görüşü bundan sonrakı prosesin necə olacağını göstərəcək. Odur ki, görüşdən sonra proseslərin necə inkişaf edəcəyi haqqında danışmaq olar". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bidlirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mütəmadi danışıqların baş tutmamasının yeganə səbəbkarı Ermənistan tərəfidir. N.Məmmədovun sözlərinə görə, İrəvan münaqişənin həllinə hazır deyil.

Qeyd edək ki, yanvarın 23-də Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşü Soçidə keçiriləcək. Bu görüş Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə təşkil olunan sayca onuncu görüş olacaq.

İlahə Vəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə