Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət edib
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib. SİA-nın xəbərinə görə, prezident İlham Əliyev "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib. Azərbaycan hökumətinin üzvləri, parlamentin deputatları, diplomatik korpusun nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, 20 yanvar hadisələrinin 22-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb. Ziyarət axşam saatlarına kimi davam edəcək. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq. Ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB