Azərbaycan Prezidenti İraq parlamenti xarici əlaqələr komitəsinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirib. Bir müddət əvvəl İraqın xarici işlər nazirinin Azərbaycana səfər etdiyini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduğunu deyib. İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən dövlətimizin başçısı İraq parlamentini təmsil edən böyük nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
İraq parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi parlamentdə İraqın bütün bölgələrini təmsil edən böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən məmnunluğunu bildirib. Artıq İraqda sabit cəmiyyətin formalaşdığını deyən Hammam Hamudi ölkəsinin qonşu dövlətlərlə, xüsusilə Azərbaycanla müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığı genişləndirməyə maraqlı olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB