\"Metsamor” AES-i Türkiyə Böyük Millət Məclisinin gündəmindədir

\"Metsamor” AES-i Türkiyə Böyük Millət Məclisinin gündəmindədir

Türkiyə Böyük Millət Məclisinə \"Metsamor\" AES-in Türkiyənin sərhəd bölgələrində ekoloji mühitə təsiri ilə bağlı araşdırmanın nəticələri təqdim edilib. SİA-nın xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdır millət vəkili Sinan Oğan deyib. O, Türkiyə Böyük Millət Məclisində (TBMM) Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasının (AES) ətraf mühitə göstərdiyi mənfi təsirin qiymətləndirilməsi üçün komissiyanın yaradılmasının gözləndiyini də vurğulayıb: \"Bu problemlə bağlı 7 ilə yaxındır tədqiqatlar aparıram. İnanıram ki parlament komissiyası işə başladıqdan sonra Türkiyə hökuməti "Metsamor"un bağlanması üçün ciddi işlər həyata keçirəcək. Bu komissiya ən qısa zamanda qurulacaq".


Millət vəkili bildirib ki, "Metsamor" AES tək Türkiyə üçün deyil, Gürcüstan, Azərbaycan və İran, hətta ermənilərin özləri üçün də təhdiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə