Barak Obama: "Azərbaycan ilə ABŞ arasındakı dostluq və tərəfdaşlıq uzun tarixə malikdir"

Barak Obama: "Azərbaycan ilə ABŞ arasındakı dostluq və tərəfdaşlıq uzun tarixə malikdir"

Yanvarın 18-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ağ evdə keçirilmiş rəsmi mərasimdə etimadnamələrini ABŞ Prezidenti Barak Obamaya təqdim edib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən anspress.com daxil olan məlumata görə, prezident Barak Obama Azərbaycan ilə ABŞ arasındakı dostluq və tərəfdaşlığın uzun tarixə malik olduğunu və birgə gündəliyə və aydın qarşlıqlı maraqlara əsaslandığını qeyd edib. ABŞ prezidenti beynəlxalq təhlükəsizlik səylərinə Azərbaycanın verdiyi həyati töhfələri yüksək dəyərləndirdiklərini bildirib. Prezident Azərbaycanı bütün Avro-Atlantik birliyin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı tərəfdaş kimi səciyyələndirib.


Səfir E.Süleymanov iki dövlət arasındakı münasibətlərin və çoxşaxəli tərəfdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə Azərbaycanın sadiq olduğunu qeyd edib.


Elin Süleymanov 2011-ci ilin 26 oktyabrında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunub. Buna qədər isə, o, Azərbaycanın Los Ancelesdəki Baş Konsulu vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə