TQDK-da 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
TQDK-nın sədr müavini Namiq Babayev çıxış edərək 20 yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat verib. N.Babayev bu günün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyətini vurğulayıb. Bu dəhşətli faciənin xalqın yaddaşından heç zaman silinməyəcəyini qeyd edib.
Daha sonra komissiyanın əməkdaşları çıxış edərək 20 yanvarın xalqın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi olduğunu bildirib və bu tarixin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd ediblər.
TQDK-nın kollektivi sabah Şəhidlər Xiyabanını ziyarət edəcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB