Millət vəkili: “Biz Azərbaycan dövləti olaraq müstəqil siyasət yeridirik”
Bizim qonşu ölkə kimi İranla münasibətlərimiz normal məcrada inkişaf edir. Hesab edirəm ki, İranla Azərbaycanın ortaq maraqları vardır. Bununla belə Azərbaycan İran ətrafında gedən prosesləri diqqətlə izləyir və Azərbaycan tərəfi İranla Qərb arasında yaranmış qarşıdurmanın sülh yolu ilə aradan qaldırılmasına tərəfdardır.
Bunu Səs TV-yə müsahibəsində millət vəkili, politoloq Mübariz Qurbanlı söyləyib: "Biz hesab edirik ki, İranın dinc nüvə proqramı layihəsi lazımi səviyyədə davam etdirilə bilər. Həmçinin o da məlum məsələdir ki, bölgədə nüvə silahının yayılması olduqca təhlükəlidir. Azərbaycan nüvə silahının yayılmaması ilə əlaqədar konvensiyaya qoşulub. Bütövlükdə nüvə silahının dünya üçün təhlükəsi hamı tərəfindən dərk edilməlidir".
Politoloqun fikrincə, Azərbaycan dövləti ilə İran arasında iqtisadi, siyasi əlaqələr inkişaf edir: "Biz Azərbaycan dövləti olaraq müstəqil siyasət yeridirik. Azərbaycan dövlətinin əsas məqsədi isə bölgədə sülhə, əminamanlığa nail olmaqdır. İran rəsmi surətdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına əsaslanan sənədlərə imza atıb. Amma təəssüflər olsun ki, İranda bəzi dairələr Ermənistana himayə siyasətini davam etdirir və bu da bizi təbii ki, qane etmir. Bununla belə həmçinin İranda bəzi radikallaşmış qruplaşmalar Azərbaycan İran münasibətlərinə xələlə gətirən çağırışlar edirlər. Azərbaycan dövlətinin prezidenti cənab İlham Əliyev İran Azərbaycan münasibətlərinə çox böyük diqqət yetirir və bu münaibətlərin yüksək səviyyədə qalması üçün hər bir şərait yaradıb", - deyə millət vəkili söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB