Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya etiraz məktubu göndərib

Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya etiraz məktubu göndərib

Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya etiraz məktubu göndərib. SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyə - Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib. O bildirib ki, xarici işlər nazirinin müavini Xələf Xələfov Fransanın Azərbaycandakı səfirini çağıraraq ona etiraz məktubunu təqdim edib. Məktubda Fransa Senatında "erməni soyqırımı"nı inkar edənlərə cəza tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin qəbulu və bunu Senatın gündəliyinə daxil edilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.

İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə